İş görmək yox, iz qoymaq…”
Hər kəs iş görə bilər. Ancaq hər kəs iz qoya bilmir. Biz bu şirkəti qurarkən özümüzə tək bir sual verdik: Biz sadəcə sənədləşmə işləri görəcəyik, yoxsa partnyorlarımıza uğur dostu olacıyıq... Zaman keçdi. İllər ərzində gördük ki, bu sual – təsadüfən verilmiş bir cümlə yox, bizim fəaliyyətimizin əsas fəlsəfəsi imiş. Bəli, biz xidmət göstəririk. Amma bu xidmətlərin içində rəqəmdən çox məsuliyyət, prosedurdan çox anlayış, qanundan çox vicdan var. Çünki bu sahədə çalışan hər kəs bilir: Ən gözəl iş planı da bir sənəddə ilişib qala bilər. Ən möhtəşəm ideya da vergi və bank məsələlərində itib gedə bilər. Ən dürüst niyyət belə hüquqi bir boşluqda tıxanıb qala bilər. Biz bu boşluqları aradan qaldırmaq üçün buradayıq. Şirkət açmaq istəyirsiz? Sənədlərinizi qaydaya salmaq istəyirsiz? İxtisaslı kadr axtarışındasınız? Marketinqiniz düzgün təşkil edilməyib? İxracla məşğul olmaq istəyirsiz ? Dərd etməyin ... Biz bütün addımlarınızda Sizinləyik... Biz partnyorlarımızla birlikdə çox güclüyük... Biz yalnız mühasibatlıq aparmırıq, biz insanlara düzgün nəfəs almaq üçün şərait yaradırıq. Bazar araşdırmasından tutmuş biznesin fəaliyyətə başlamasına, hüquqi yardımdan tutmuş miqrasiya məsələlərinə qədər, hər bir xidmətimizin tək qayəsi var - partnyorumuz öz işində özünü rahat , investisiya isə özünü təhlükəsiz hiss etməlidir Qeyd edək ki, bu rahatlığın arxasında sadəcə biz yoxuq... Dövlətimizin sahibkarlara tanıdığı imkanlar, dəstək proqramları, hüquqi şəffaflıq, siyasi və iqtisadi sabitlik var. Bunlar bizim işimizin təməlini möhkəmləndirən sütunlardır. Biz bu imkanlara söykənərək işimizi daha dürüst, daha açıq şəkildə görürük. Yüzlərlə sənədin arxasında insan həyatı var. Yüzlərlə imzanın arxasında ailə planları, xəyallar, məqsədlər var. Və biz bu sənədlərə sadəcə sənəd kimi baxmırıq. Biz onlara bir nəfərin sabahı kimi baxırıq. Hər şey bu qədər sadədir. Əgər bir gün partnyorumuz telefon açıb “işim artıq qaydasındadır” deyirsə – bu bizim üçün ən yüksək qiymətdir. Əgər o partnyor sabah başqa bir iş üçün bizi seçirsə – deməli biz iz qoymuşuq. İş görmək asandır. İz qoymaq – zaman, səmimiyyət və məsuliyyət tələb edir. Biz bu yolu izlə, sükutla, dürüstlüklə gedirik. Azərbaycan artıq 1991-ci ildə öz müstəqilliyini yenicə elan etmiş ölkə deyil. Bu gün Azərbaycan həm siyasi , həmdə iqtisadi cəhətdən güclü, inkişaf etmiş hərbi sənayesi olan , dünyada öz dəst xətti olan ölkələrdən biridir. Eyni zamanda , Azərbaycan Dünyanın emalatxanası adlandırılan Çindən Avropaya , Amerikaya uzanan böyük ticarət yollarının kəsişdiyi bir ölkədir. 34 il əvvəl öz müstəqilliyini elan edən Azərbaycan, bu gün Avropanı isidən bir ölkə halına gəlmişdir. Bu səbəbdəndir ki, sərhədlər və məsafələr Modern Solutions MMC üçün maneə deyil. Biz sadəcə yerli məsuliyyətlə , qlobal düşünürük.
Güvənli Tərəfdaş
Modern Solutions MMC olaraq , Missiyamız – bizneslərin inkişaf yolunda qarşılaşdıqları inzibati, hüquqi və maliyyə çətinliklərini minimuma endirmək, sahibkarlara operativ, dəqiq və şəffaf xidmət göstərməklə onları əsas fəaliyyətlərinə fokuslamağa imkan yaratmaqdır. Biz partnyorlarımızın etibar etdiyi, uzunmüddətli və dayanıqlı tərəfdaş olmağı qarşımıza məqsəd qoymuşuq.
Regionun İlk Seçimi
Modern Solutions MMC olaraq vizyonumuz – Azərbaycanda və regionda sahibkarlıq sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin ilk müraciət etdiyi, etibarlı və innovativ xidmət təminatçısı olmaqdır. Biz daim dəyişən biznes mühitinə uyğunlaşan, texnoloji yenilikləri tətbiq edən və müştərilərimizin ehtiyaclarına çevik cavab verən bir şirkət kimi tanınmaq istəyirik.